Azərbaycan Premyer Liqası komandası "Turan Tovuz" transfer çalışmalarını davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki, Tovuz şəhər təmsilçisi heyətini yeni hücumçu ilə gücləndirmək üzrədir. Belə ki, "Turan Tovuz" Bolqarıstan U-21 millisinin və "Septemvri Sofia" klubunun üzvü Martin Petkovun keçidini həll edib. 

Məşhur "Transfermarkt" saytında futbolçu artıq "Turan Tovuz"un üzvü kimi göstərilib.

Klubun mətbuat xidmətindən bu transfer haqqında sorğumuza "Rəsmi olaraq heç bir legionerlə müqavilə imzalanmayıb" cavabı verilib.

Karyerası ərzində "Levski Sofia", "Slavia Sofia" və "Çornomorets" klublarında çıxış etmiş 20 yaşlı forvard 94 oyuna 8 qol vurub 10 assist etməyi bacarıb.