ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Evdə prezident Co Bayden və bir vaxtlar narkotikdən istifadə edən oğlu Hunter Baydeni kokainə görə günahlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tramp özünün TruthSocial sosial şəbəkəsindəki paylaşımında qeyd edib. 

“Həqiqətən kimsə inanırmı ki, Ağ Evin Qərb Qanadında, Oval Ofisə çox yaxın ərazidə tapılan kokainin Bayden və oğlu Hunterdən başqasının istifadəsi üçündür?", - Tramp sual ünvanlayıb.

Tramp ölkə mediasını da ittiham edib, medianın bu kimi həqiqətləri gizlətdiyini deyib.