Türkiyə Neft Şirkətinin (TPAO) İstanbul və Tekirdağdakı 2 yatağında neft kəşfiyyatı üçün lisenziya müddəti 2 il uzadılıb.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi Mədən və Neft İşləri Baş İdarəsinin neft hüquqları ilə bağlı qərarları bu gün Rəsmi Qəzetdə dərc olunub.

Müvafiq olaraq, İstanbul və Tekirdağ vilayətlərini əhatə edən 36 min 756 hektarlıq ərazidə neft kəşfiyyatı lisenziyasının müddətinin 2025-ci il mayın 11-dək uzadılması qərara alınıb.

Bundan əlavə, TPAO-nun İstanbulda 14 min 566 hektar neft kəşfiyyatı lisenziyası müddətinin 26 may 2025-ci ilə qədər uzadılmasına qərar verilib.