Yapon avtomobil istehsalçısı "Toyota Motor" davam edən zəlzələlər nəticəsində tədarük zəncirinin kəsilməsi səbəbindən istehsalını dayandırıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin prezidenti Koji Sato məlumat verib.

"Biz komponentlərin vəziyyətini qiymətləndirəcəyik və qərar qəbul edəcəyik" deyə o bildirib. 

Koji Sato onuda qeyd edib ki, şirkət həftənin sonuna kimi istehsalın başlanması vaxtını müəyyən etməyi planlaşdırır.

Qeyd edək ki, bir neçə gün öncə Yaponiyada ard-arda şiddətli zəlzələ qeydə alınıb.