Tovuz şəhər stadionu Region Liqası finalından əlavə daha bir turnirin final oyununa ev sahibliyi edəcək.
Tovuzda keçirilən kəndlərarası çempionatın final oyunu da Tovuz şəhər stadionunda keçiriləcək.
Bunu İqtisadiyyat.az-a açıqlamasında "Turan Tovuz" klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev təsdiqləyib.
"Bəli, şəhidlərin xatirəsinə həsr edilən turnirin final oyunu da Tovuz şəhər stadionunda keçiriləcək. Matç iyunun 4-ü saat 12:00-da start götürəcək.