"Tottenhem" yayda heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, London təmsilçisi "Yuventus"un qolkiperi Voyçex Şensnı ilə maraqlanır. Bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.

"Tottenhem"in idman direktoru Fabio Paratiçi polşalı qapıçını yayda komandaya gətirmək niyyətindədir. Lakin Şensnı "qoca sinyora"nı tərk etmək istəmir. Tərəflər arasında yaxın zamanda danışıqlar başlayacaq.

32 yaşlı qapıçı bu mövsüm 24 oyuna çıxıb.