“Tottenhem"in hücumçusu Harri Keyn “Bavariya”ya keçməyə yaxındır.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberqin sosial şəbəkə hesabında yazıb.

Münhen təmsilçisi 30 yaşlı oyunçunun transferi ilə bağlı razılığa gəlib. Keçidin dəyəri 100 milyon avro və bonuslar olaraq qiymətləndirilir.

2022/23 mövsümündə Keyn London təmsilçisinin heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 qolun ötürməsini verib. İngiltərəli hücumçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.