Robert Levandovskidən sonra qol və bombardirlik problemi yaşayan "Bavariya" bu problemin qəti həllini tapıb.

"Bavariya"nın əfsanəvi futbolçusu Tomas Müller britaniyalı hücumçu Harri Keynin alman nəhənginə transferini məmuniyyətlə qarşılayacağını bildirib.

İqtisadiyyat.az-ın məlumatına görə, yay transfer dövründə "Tottenhem"dən ayrılaraq "Bavariya"ya keçəcəyi gözlənilən oyunçunun böyük bir hücumçu olduğuna diqqət çəkən Müller, "Bild"ə açıqlamasında indiyə qədər Keyni sevməyən heç kimlə rastlaşmadığını söyləyib.

Komandaya qatılmaq üçün yeni transferlərlə tanış olmağı səbirsizliklə gözlədiyini bildirən Müller Quereyro və Laymerin heyətə böyük güc qatacağını bildirib.

"Bavariya"nın yaxın günlərdə Keyn və Kim Min-Jaeni heyətinə qatacağı gözlənilsə də, hər iki dünyaca məşhur futbolçunun Tomas Tuçelin komandasına necə töhfə verəcəyi artıq böyük maraqla gözlənilir.

 Keçən mövsüm "Tottenhem" ilə Premyer Liqanın bütün 38 oyununun hamısına start 11-də başlayan 29 yaşlı Keyn bu oyunlarda 30 qol vurmağı bacarsa da, bombardirlər yarışında qeyri-adi mövsüm keçirən Erlinq Haalanddan geridə qaldı. Premyer Liqada 213 qolu olan Keynin də "Bavariya"da oynamaq istədiyi məlum olub.