Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Mançester Yunayted"lə matç "Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller üçün xüsusi olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Münhen təmsilçisi görüşdə 4:3 hesabı ilə qalib gəlib və 34 yaşlı hücumçu komanda ilə ÇL-də 100-cü qələbəsini qazanıb. O, tarixdə bu nailiyyəti əldə edən üçüncü futbolçu olub. Bundan əvvəl Kriştiano Ronaldo (115) və İker Kasilyas (101) Çempionlar Liqasında 100 qələbə qazanmışdılar.

Xatırladaq ki, Müller 2009-cu ildən "Bavariya"da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 5 matçda iştirak edib.