Azərbaycanın MMA döyüşçüləri Tofiq Musayev və Vüqar Kərəmovun “Super Rizin2” turnirindəki rəqibləri bəlli olub.

İqtisadiyyat.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, 71 kq çəki dərəcəsində çıxış edən Tofiq Musayev yaponiyalı Akira ilə üz-üzə gələcək.

66 kq-dakı Vüqar Kərəmov isə onun həmyerlisi Mikuru Asakura ilə görüşəcək.

Qarşılaşmalar iyulun 30-da Yaponiyadakı “Saitama Super Arena”da baş tutacaq.