İngiltərə Premyer Liqası klubu "Çelsi"də çıxış edən yarımmüdafiəçi Meyson Maunt qəribə hadisə ilə gündəmə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, 21 yaşlı qadın TikTok yayımcısı Melissa Sloan futbolçu ilə 6 ay münasibətdə olub.

Münasibətlərin xoşagəlməz bitməsindən sonra Mountun sosial mediada Sloanı bloklaması cazibədar qadını daha da qəzəbləndirib.

İddiaya görə, Melissa 21 fərqli nömrədən “Çelsi” ulduzuna zəng edib və dəfələrlə mesaj göndərib. Daxil olan məlumatlar arasında Melissanın mesajlarında "Məndən üzr istə, yoxsa şeytan xarakterli adlı yeni bir personajla tanış olacaqsan" ifadələrindən istifadə edərək Mountu təhdid etməsi də var.

Məlum olub ki, eyni TikTok yayımcısı bundan sonra Billy Gilmour və Ben Chilwelli də təhdid edib.

Mount və Sloanın bir məclisdə tanış olduğu deyilərkən, ittihamları qəbul edən TikTok istifadəçisi qadının cəzasının iyunun 20-də açıqlanacağı bildirilib.