Bu gün İngiltərənin paytaxtı Londonda "The Best" mükafatının qalibləri müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, Messi növbəti dəfə sözügedən mükafata layiq görülüb.

Müxtəlif nominasiyalar üzrə qaliblər:

İlin ən yaxşı məşqçisi - Pep Qvardiola (Mançester Siti)

İlin ən yaxşı qadın məşqçisi - Sarina Vieqman (İngiltərə)

İlin rəmzi kişi komandası - Tibo Kurtua, Con Stouns, Kayl Uoker, Ruben Diaş, Bernardo Silva, Cud Bellinqem, Kevin de Bruyne,Erlinq Haland, Kilian Mbappe, Lionel Messi, Vinisius Junior

İlin qadın rəmzi komandası - Meri Arps, Olqa Karmona, Lusi Bronz, Aleks Qrinvud, Keyra Uolş, Alesia Russo, Loren Ceyms, Ella Tun, Aytana Bonimanti, Aleks Morqan, Sam Kerr

İlin qadın qapıçısı - Meri Arps (Mançester Yunayted)

İlin kişi qapıçısı - Ederson (“Mançester Siti”)

İlin feyr-pley mükafatı - Braziliya millisi

"Puşkaş" mükafatı - Gilyerme Madruqa (Botofoqo)

İlin azarkeşi - Migel Angel (Kolumbiya, “Milyonarios” azarkeşi)

İlin futbolçusu - Lionel Messi (Argentina, “İnter Mayami)

İlin ən yaxşı qadın futbolçusu - Aitana Bonmati (Barselona)