Türkiyə Futbol Federasiyası Super Liqa hakimlərinin maaşını qaldırıb.

İqtisadiyyat.az xəbər verir ki, Super Liqaya təyin edilmiş baş hakimin maaşı 20 min liradan 30 min liraya qaldırılıb.

VAR hakimlərinin maaşı 15 min lirə olaraq müəyyən edilib. AVAR hakim maaşları 7 min 500 lirəyə, köməkçi hakim maaşları 13 min 200 lirəyə, 4-cü hakim maaşları isə 9 min lirəyə qaldırılıb.