ABŞ-nin avtomobil nəhəngi Tesla Çindəki mağazalarında öz Optimus robotundan istifadə edəcəyini açıqlayıb. 

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, robotun vəzifəsi müştəriləri mağazaya cəlb etmək olacaq.

Bununla belə, Optimus hələ də inkişaf mərhələsində olduğundan, hələlik müştərilərlə əlaqə saxlamayacaq. Birinci mərhələdə Optimus yalnız elektromobillərin yığılmasında istifadə olunacaq. O, həmçinin mağazada gündəlik işləri yerinə yetirəcək.

"Electrek"də yer alan məlumata görə, Tesla Optimusu Çindəki mağazalarında sınamağa başlayıb. Robot Çində müştəri cəlb etməkdə uğur qazanarsa, digər ölkələrdəki mağazalarda da istifadə olunacaq.