Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aprelin 26-sı Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Əlavə məlumat veriləcək.

21:02

Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb.

İqtisadiyyat.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə Talış-Tapqaraqoyunlu ərazisində qeydə alınıb.

Partlayış nəticəsində hər üç şəxs həlak olub. Bunlar 1982-ci i təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı ci i təvəllüdlü Fərid Sədiyevdir.

Əldə etdiyimiz məlumata görə, ölən şəxslər ANAMA-nın əməkdaşlarıdır. Onlar xidməti vəzifələrini yerinə yetirən zaman minaya düşüblər.