Rusiya Taxıl Sazişi ilə bağlı qərarını vaxtında açıqlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hələlik bu qərarın açıqlanmasına vaxt var.

"Rusiya Federasiyasının ixracı ilə bağlı taxıl sövdələşməsinə dair razılaşmaların bir hissəsinin icra olunması üçün hələ vaxt var", - Peskov vurğulayıb.

Qeyd edək ki, sonuncu dəfə mayın 17-də İstanbulda aparılan danışıqlardan sonra 60 gün müddətinə uzadılan Taxıl Sazişinin müddəti iyulun 17-də bitir. Rəsmi Moskva Qərbi sazişin öhdəlikərini yerinə yetirməməkdə və BMT-ni buna göz yummaqda ittiham edərək taxıl sövdələşməsinin uzadılması üçün heç bir əsasın olmadığını açıqlayıb.