“TamStore” marketlər şəbəkəsinin Novxanı filialının açılışı olub.

İqtisadiyyat.az xəbər verir ki, Novxanı-Binəqədi yolunun üzərində yerləşən filial tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün iyunun 12-dən etibarən fəaliyyətə başlayıb.

Marketlər şəbəkəsinin 31-ci filialı olan Novxanı filialında açılışa özəl olaraq bir həftə ərzində (19 iyunadək) endirimlər tətbiq olunub. Endirim kampaniyasına seçilmiş qida və qeyri-qida məhsulları daxil edilib. 

Dəvət olunan musiqi qrupu və DJ mağazanın açılışına yeni rəng qatıb. Həmçinin müxtəlif personajlar, uşaqlar üçün əyləncə və s. reallaşdırılıb.

Novxanı filialının açılışı ilə əlaqədar olaraq, həm böyük, həm də azyaşlı müştərilərə hədiyyələr təqdim olunub. 

Həmçinin hər zaman endirim kampaniyaları ilə gündəm yaradan marketlər şəbəkəsinin 31 filialının hər birində bu gündən etibarən “İstilərdə sərinlədən endirimlər” adlı yeni endirim kampaniyası başlayıb. Marketlər şəbəkəsinin bütün filiallarını əhatələyən bu endirim kampaniyası isə 25 iyunadək davam edəcək.

Bununla yanaşı, “TamStore” marketlər şəbəkəsinin mayın 28-dən başlayan “Gözəlliyini baxımla tamamla” endirim kampaniyası da 28 iyunadək davam edir.

“TamStore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi ilə müştərilərinə 24 saat fasiləsiz xidmət göstərir. Marketlər şəbəkəsi 2024-cü ildə Bakı şəhəri və Azərbaycanın digər rayonlarında 50-dən çox marketin açılışını planlaşdırıb. Marketlər şəbəkəsi üç - “mini”, “city” və “super” formatlarında fəaliyyət göstərir. “TamStore” ilin sonuna kimi işçi sayını 2800 nəfərə çatdırmağı hədəfləyib.