“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) inzibati binasının üzərindəki “Azərsu Açıq Səhmdar Cəmiyyəti” sözləri çıxarılacaq.

Bu barədə İqtisadiyyat.az “Azərsu”dan məlumat əldə edib.

Qeyd olunub ki, həmin lövhə demontaj edilərək “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz ediləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin martında imzaladığı fərmanla Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.