Laçın şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı müvafiq işlərə başlayıb.

Qeyd edilib ki, eyni zamanda İdarəetmə Mərkəzinin tikintisi həyata keçiriləcək və avadanlıqların quraşdırılması işləri aparılacaq.

"Azərişıq" sözügedən işlərin 4,85 milyon manata başa gələcəyini ehtimal edir.