Azərbaycanda taksi qiymətləri artıb.

İqtisadiyyat.az xəbər verir ki, "Uber" taksi xidməti artımla bağlı mobil tətbiqetmədən istifadə zamanı müştərilərə bildiriş göndərir.

Belə ki, artıq xidmət istifadəçilərindən gediş haqqından əlavə xidmət haqqı tələb olunur.

Hər gedişə 0,1 manat xidmət haqqı əlavə olunub. Bunun xidməti saxlamaq və inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğu qeyd edilib.