Azərbaycanın gənc taekvondoçuları Ankarada keçirilən Açıq Türkiyə çempionatında 4 medal qazanıblar.

İqtisaidyyat.az xəbər verir ki, bu barədə federasiyadan bildirilib.

Məlumata görə, yarışın ikinci günündə mübarizəyə qoşulan yığma aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdırıb.

Qadınlardan Zemfira Həsənzadə (44 kq) bütün rəqiblərinə qalib gələrək, qardaş ölkədə Azərbaycan himnini səsləndirib. Yalnız finalda məğlub olan Hüseyn Xudiyev (73 kq) gümüş medala yiyələnib. Vasif Səlimov (59 kq) və Səlimə Quliyeva (42 kq) isə G-2 kateqoriyalı çempionatı bürünc mükafatla başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmə taekvondoçuları 4 qızıl və 4 bürünc medal əldə ediblər.