Düşənbə "vahid Çin" siyasətini dəstəkləyir və Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Tacikistan Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəhbəri Şoxin Səmədi məlumat verib.

"2024-cü il yanvarın 13-də Çin Tayvanında keçirilmiş qondarma seçkilərlə əlaqədar deyə bilərik ki, Tacikistan "vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyir və Çin Xalq Respublikası hökumətini bütün Çinin yeganə qanuni və nümayəndəli hökuməti hesab edir", - deyə mənbə bildirib.

O vurğulayıb ki, Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi kimi tanıyan Tacikistan bu dost ölkənin daxili işlərinə kənardan müdaxilə cəhdlərinə qətiyyətlə qarşıdır.

Qeyd edək ki, şənbə günü Tayvanda adanın administrasiyasının rəhbəri və onun Qanunverici oraqnı olan Yuan (Parlament) üzvləri üçün seçkilər keçirilib. Adanın yeni lideri postu uğrunda mübarizədə qələbəni administrasiya rəhbərinin hazırkı müavini, Tayvan Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lai Qinqde qazanıb və o, səslərin 40,05 faizini toplayıb.