Süveyş kanalının “Evergreen” konteyner gəmisi tərəfindən bağlanması ilə əlaqədar olaraq dəniz daşımasının dəyəri bir neçə dəfə artıb.

“Bloomberg” xəbər verir ki, Süveyş kanalındakı fövqəladə vəziyyət dəniz yükdaşımalarının maya dəyərinin artmasına səbəb olub.

Hazırda 10 milyard dollardan çox dəyərdə yük və neft məhsullarının tədarükünün təxirə salındığı bildirilir.

Qeyd edək ki, martın 23-də Süveyş Kanalı ərazisində dünyanın ən böyük konteyner gəmilərindən biri olan “Evergreen” kanalının qarşısını kəsərək quruya çıxmasından sonra onlarla gəminin hərəkəti iflic olub.