Suriyanın şimalında hücuma cəhd edən 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçuların ümumi sayı 64-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əsgərlər xəndəklərə sızmağa cəhd edən terrorçuları hədəf alıb. 

"Mehmetçik bütün bölgələrdə xain hücumun əvəzini PKK terrorçularına ödətməyə davam edir. Şəhidlər xəbəri alındıqdan sonra zərərsizləşdirilən terrorçuların ümumi sayı 64-ə çatıb", - məlumatda qeyd edilib.