Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” qarşılaşması "Kimyaçılar"ın futbolçusu Elvin Bədəlov üçün əlamətdar olub.

İqtisadiyyat.az xəbər verir ki, Bədəlov bütün turnirlər daxil olmaqla komandamızın heyətində 100-cü oyununu keçirib. 

Qeyd edək ki, bu oyunların 86-sı Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 3-ü isə Avrokubok oyunlarına təsadüf edib. Elvin Bədəlov bu oyunlarda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.