Sumqayıt şəhərində marşrut avtobusu qəzaya düşüb.
İqtisadiyyat.az xəbər verir ki, Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 3 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus ağırtonajlı yük avtomobilə toqquşub. Nəticədə 11 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.