Bakıda bədbəxt hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi qəsəbəsi ərazisində sosial evlər inşa edilən ərazidə qeydə alınıb.

Orada fəhlə işləyən Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Sənan Dilqəm oğlu Hacıyevin ayağına daş düşüb.

Xəstəxanaya yerləşdirilən S.Hacıyevin sağ ayağı amputasiya olunub.