Ermənistanda qeydə alınan zəlzələ Azərbaycanda da hiss edilib.
Bu barədə İqtisadiyyat.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Belə ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan MR-nın Ordubad şəhərində 3 bala qədər hiss olunub.