Tovuz rayonunun Qovlar şəhərində “VAZ” markalı minik avtomobilinin yol kənarında elektirik dirəyinə cırpılması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Elektrik dirəyi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.