Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” FK bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

İqtisadiyyat.az xəbər verir ki, "Sumqayıt " “Zirə” ilə üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada Samir Abasovun yetirmələri 1:0 hesablı qələbə qazanıb. Oyunda vurulan yeganə qola Kamran Quliyev imza atıb.