2023/2024 mövsümünə hazırlıqlarını davam etdirən "Sumqayıt" klubu heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

İqtisadiyyat.az xəbər verir ki, "kimyaçılar" israilli Roi Kehat ilə anlaşmaq üzrədir. 

31 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Makkabi Təl Əviv", "Hapoel Berr Sheva", "Kryat Shmona", "Avstriya Vin", "Makkabi Hayfa" və "Makkabi Netanya" klublarında çıxış edib.

Roi 346 oyuna 53 qol vurub 56 assist etməyi bacarıb.