Ötən mövsüm turnir cədvəlinin son pillələrində qərarlaşan "Sumqayıt" klubu transfer çalışmalarını davam etdirir.

İqtisadiyyat.az xəbər verir ki,  Sumqayıt şəhər təmsilçisi Albaniyanın "Erzeni" klubunda çıxış edən braziliyalı futbolçu Patrik Nonatonu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 25 yaşlı forvard bu mövsüm 38 oyuna 15 qol vurub, 4 assist etməyi bacarıb.