"Sumqayıt heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, “Sumqayıt” son mövsümü “Şamaxı”da keçirmiş hücumçu Kamran Quliyevlə 3 illik müqavilə imzalayıb.

“Qəbələ”nin yetirməsi olan Kamran Quliyev karyerası ərzində “Yonava” (Litva) və “Sabah” klublarının da uğurları üçün çalışıb. Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.