Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

İqtisadiyyat.az xəbər verir ki, turun ilk matçında "Araz-Naxçıvan" Bakıda "Sumqayıt" klubunu qəbul edib. Hərəyə bir qol vuran komandalar 1-1 hesablı bərabərliyə razılaşıb.

Qeyd edək ki, sabah 4-cü turun daha iki oyunu keçiriləcək. "Turan Tovuz" "Səbail"i, "Zirə" isə "Sabah"ı qonaq edəcək.