Sudandan münaqişə nəticəsində didərgin düşmüş insanların sayı 3 milyonu ötüb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Məlumata görə, 2 milyon 414 min insan münaqişələr səbəbilə ölkə daxilində fərqli bölgəyə qaçıb, 737 min nəfər isə qonşu ölkələrə sığınıb. Keçən həftədən bəri ölkədən köçənlərin sayı 180 min nəfər artıb.

Əlavə edək ki, Sudanda döyüşlər aprelin ortalarından davam edir. Ölkənin silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar gedir.