Sudanda münaqişə başlayandan bəri 2,8 milyon insan didərgin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlərin koordinasiya ofisi məlumat yayıb.

Məlumata görə, Sudanda son 11 həftədə 15 humanitar yardım işçisi həyatını itirib. Bəyanatda 615 min insanın isə qonşu ölkələrə köç etdiyi bildirilib.