Suarez bu yay "İnter Mayami"yə keçməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Qremio"nun baş məşqçisi məlumat verib. Renato Qauço “Athletic”ə danışıb:

“Şübhəsiz ki, Suares bizim üçün çox vacib oyunçudur. Gəldiyi gündən belədir. Lui həmişə matçlarda fərq yaradır. Mən onunla keçidi barədə dəfələrlə danışmışam, amma bitdi. Hər şey bitdi. Bu, onu, klubu və azarkeşləri sakitləşdirəcək. Suarez dekabr ayına qədər bizimlə qalacaq. O, həm meydanda, həm də kənarda vacib fiqurdur”.