Kredit reytinq agentliyi Standard & Poor's (S&P) Türkiyə iqtisadiyyatında siyasətçilərin yüksək inflyasiya və dəyişkən məzənnə ilə uzun müddət mübarizə aparmalı ola biləcəyi ilə bağlı qiymətləndirmə yayımlayıb.

İqtisadiyyat.az agentliyin hesabatlarına istinadən xəbər verir ki, Türkiyə ilə yanaşı Nigeriyada da yüksək inflyasiya və dəyişkən məzənnə qeydə alınıb.

Nigeriya və Türkiyədəki seçkilərdən sonra pul siyasəti parametrlərində dəyişiklik edildiyi də qeyd edilib: "Bu, fikrimizcə, valyuta ehtiyatlarını yenidən qurmağa və pərakəndə xarici valyutanı məhdudlaşdırmağa kömək edə biləcək bir dəyişiklikdir”.

"Eyni zamanda, hər iki iqtisadiyyatın siyasətçiləri uzun müddət yüksək inflyasiya və valyuta dəyişkənliyi ilə mübarizə aparmalı ola bilər", - agentlik əlavə edib.