“Sosial işin keyfiyyətinin artırılması” layihəsi Əlilliyə Erkən Yardım “Portec Şəbəkəsi ” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilməyə başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, layihənin məqsədi ölkədə sosial iş üzrə təhsilin xüsusilə həssas qruplarla aparılan sosial iş sahəsində ixtisaslaşmanın keyfiyyətinin artırılması, bu sahədə yerli və beynəlxalq qanunvericiliklə yanaşı təcrübənin öyrənilməsi və müxtəlif sferalarda sosial işin inkişafı üçün silsilə təlimlər vasitəsilə maarifləndirilmənin keçirilməsidir.
Layihənin vəzifələrinə layihəyə sosial iş ixtisası üzrə təhsil alan tələbələrin cəlb olunması, təlimlər vasitəsilə tam ixtisaslaşmış kadrların hazırlanmasına nail olunması və nəhayət sosial iş sahəsində keyfiyyətin artırılmasıdır.
Layihənin icrasına 01.06.2024-cü il tarixindən etibarən başlanılacaqdır.
Layihənin icra müddətində Bakı şəhərində universitet və kollec tələbələrindən ibarət tələbə qruplarına təlimlər keçiriləcəkdir. Təlimlər sosial iş sahəsində ixtisaslaşmış və təcrübəli mütəxəssislər tərəfindən keçiriləcəkdir. Təlimlərdə sosial işin sahədə effektivliyinin artırılması və ümumilikdə sosial işin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilir. Belə ki, təlimlər zamanı sosial işçinin bilməli olduğu vacib mövzular tədris olunacaqdır. Bunlara nəzəri mövzular, yerli və beynəlxalq qanunvericilik aktları və onların sahədə tətbiq mexanizmləri həmçinin bədən dili, nitq qabiliyyəti, keys menecment vəs. kimi mövzular daxildir.
Layihə bu ilin avqust ayında yekunlaşacaqdır.