Azərbaycanla İran arasında bu ilin yanvar-sentyabr arasında ticarət dövriyyəsi 352,6 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 milyon dollar azdır.

Hesabat dövründə İrandan Azərbaycana 340,8 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 11,7 milyon dollar təşkil edib.

2019-2023-cü illər ərzində iki ölkə arasında ticarət dövriyyəsi isə belə olub:

 

İl

Ticarət dövriyyəsi

2019

390,6 milyon dollar

2020

240,3 milyon dollar

2021

293,2 milyon dollar

2022

363,2 milyon dollar

2023

352,6 milyon dollar

 

Gözəl Həşimova