“Qalatasaray”ın daha bir sponsoru müəyyənləşib.

İqtisadiyyat.az “Milliyət”ə istinadən xəbər verir ki, SOCAR İstanbul təmsilçisinin yeni forma sponsoru olub.

Artıq tərəflərin bütün detallarda razılığa gəldiyi və şirkətin “sarı-qırmızılılar”a illik 5 milyon avro vəsait ayıracağı bildirilib. Əvəzində isə “Cim-Bom” Çempionlar Liqası oyunlarına üzərində SOCAR-ın adı yazılmış formalarla çıxacaq.