"Ukraynanın baş naziri Denis Şmıqal fevral ayında Tokioda iqtisadi inkişaf və dirçəliş üzrə ikitərəfli konfransın keçirilməsi ilə bağlı Yaponiyaya səfər edə bilər. Ukraynanın Yaponiyadakı səfirliyi hökumət başçısının səfərinə hazırlaşır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin rəhbəri Sergey Korsunski "Qlavkom"a müsahibəsində bildirib.

"2024-cü il fevralın 19-da Ukraynanın baş naziri Tokioya səfər edəcək və Ukraynanın bərpası ilə bağlı ikitərəfli konfrans keçiriləcək. Bu, bir nömrəli tapşırıqdır", - o bildirib.

2023-cü ilin noyabrında Yaponiya Xarici İşlər Nazirliyi Yaponiyanın baş naziri Fumio Kişida və Ukrayna prezidenti Volodimir Zelenskinin telefon danışığında 2024-cü il fevralın 19-da Tokioda Ukraynanın bərpası ilə bağlı ikitərəfli konfransın keçirilməsi barədə razılığa gəldiyini bildirmişdi. Kişida vurğulayıb ki, Yaponiya hökuməti Ukraynaya ölkənin infrastrukturunun və iqtisadiyyatının bərpası ilə bağlı məsələlərdə görünməmiş yardım göstərməyi planlaşdırır.