Sloveniya prezidenti Nataşa Pirc-Musar iyunun 27-də Kiyevə səfər edəcək və burada Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sloveniyanın Radio və Televiziya şirkəti məlumat yayıb.

Pirc-Mussar deyib: "Bu razılaşma ilə biz Ukraynaya lazım olduğu müddətcə kömək etməyə davam edəcəyik".

Delo qəzetinin yazdığına görə, müdafiə və xarici işlər nazirlikləri tərəfindən hazırlanan təhlükəsizlik sazişi məcburi beynəlxalq müqavilə deyil, sadəcə olaraq Ukraynaya uzunmüddətli dəstək üçün göstərilən siyasi iradənin ifadəsidir. Hazırda NATO-nun doqquz üzvü Kiyevlə analoji sazişlər imzalayıb.