Xorvatiya millisinin sabiq üzvü Şime Vrsalko yığmadakı karyerasını bitirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə italyan jurnalist Fabrizio Romano tvitter hesabında məlumat yayıb. O, 31 yaşlı müdafiəçinin zədə səbəbindən bu qərara gəldiyini bildirib.

Daha əvvəl "Atletiko", "İnter" kimi klublarda forma geyinən müdafiəçinin son ünvanı Yunanıstan "Olimpiakos"u olub. O, yanvardan azad agentdir.

31 yaşlı müdafiəçi Xorvatiya yığması ilə 2018-ci ildə keçirilən dünya çempionatının gümüş medalını qazanıb.