Əlcəzair, Mərakeş, Tunis və Misirdə hava istiliyinin tədricən artacağı, bəzi bölgələrdə 50 dərəcəyə çata biləcəyi ilə bağlı xəbərdarlıqlar edilib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Əlcəzairin Meteorologiya Baş İdarəsi tərəfindən edilən yazılı açıqlamada iyulun 11-də paytaxt Əlcəzairdə kölgədə hava istiliyinin 47,9 dərəcə olduğu, ölkə daxilində isə temperaturun 50 dərəcəyə çatdığı bildirilib.

Ölkədəki Elektrik və Təbii Qaz İdarəsi Sonelgaz-nın yazılı açıqlamasına görə, ölkə tarixində ən yüksək elektrik istehlakının isti dalğası ilə qeydə alındığı bildirilib.

Əlcəzair Energetika Nazirliyinin məlumatlarına görə, ölkənin elektrik enerjisi istehsalı 24 min meqavattı ötüb, ötən gecə ölkənin bəzi bölgələrində 5 saatdan çox müddətdə elektrik kəsilib.

Meteorologiya Baş İdarəsi isə ölkədə isti hava dalğasının davam edəcəyini, lakin bəzi sahilyanı şəhərlərdə temperaturun bir qədər aşağı düşəcəyini bildirib.

Açıqlamada ölkənin şərqində, mərkəzi və qərbində bir çox bölgədə havanın temperaturunun 40-dan yuxarı qalacağına diqqət çəkilib və vətəndaşlara lazımi tədbirləri görmələri barədə xəbərdarlıq edilib.

Tunis Milli Meteorologiya İnstitutundan verilən açıqlamada isə iyulun 9-da ölkənin cənubunda yerləşən Tüzer şəhərində hava istiliyinin kölgədə 48,9, günəş altında isə 57,3 dərəcəyə çatdığı qeyd edilib.