İspaniyanın "Sevilya" komandası bütün futbolçularını satışa çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat verib. Belə ki, komandanın 90 milyon avro borcu var və ən qısa zamanda bu borc bağlanmalıdır. Məhz buna görə də, klub istənilən futbolçusunun satılmağına razıdır. 

Klubun idman direktoru Monçinin "Aston Villa"ya gedişi də məhz bu problemlər səbəbindən olub.