Yay transfer pəncərəsinin açılması ilə Səudiyyə Ərəbistanı komandalarının etdiyi səs-küylü transferlər bütün dünyada gündəmdədir və görünür ki, bu gedişlər davam edəcək.

İqtisadiyyat.az xəbər verir ki, məşhur futbol insayderi Fabrizio Romanonun məlumatına görə Səudiyyə Ərəbistanı klubları bir müddət əvvəl “Arsenal”ın qanalı ulduzu Tomas Parteyə müraciət edib. Bəzi Səudiyyə klublarının Partey üçün "Arsenal"a 40 milyon civarında təklif etməyə hazırlaşdığı və futbolçunun klubdan ayrıla biləcəyi gözlənilir.

Avropadan da talibləri olan qanalı futbolçunun hələ ayrılmaq qərarı vermədiyi, Parteyin isə Səudiyyə Ərəbistanı komandaları üçün ciddi variant olduğu bildirilib.

 30 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Arsenal"ın heyətində 40 rəsmi oyunda 3 qol vurub.