Səudiyyə Ərəbistanı İspaniyanın dövlət şirkəti Navantia-dan 5 döyüş gəmisi almaq üçün müqavilə imzalayıb.


İspaniyanın Sənaye, Ticarət və Turizm Nazirliyindən verilən yazılı açıqlamada, Ər-Riyadda keçirilən imzalanma mərasimində sənaye, ticarət və turizm naziri Reyes Maroto, Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini Xalid bin Hüseyn Əl Bayari, Navantia prezidentinin iştirak etdiyi bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, mətbuata verilən məlumatda Səudiyyə Ərəbistanının Navantiadan 5 döyüş gəmisi alması ilə bağlı imzalanan müqavilənin 2023-cü ildə son şəklini alacağı qeyd edilib.

Navantia-nın yüksək texnologiyalı hərbi və mülki gəmilərin dizaynı və inşasında dünya lideri olduğunu vurğulayan Maroto, Səudiyyə Ərəbistanı ilə bu müqavilə ilə İspaniyanın bu sektorda texnoloji və sənaye öhdəliyini davam etdirdiyini qeyd edib.