Səudiyyə Ərəbistanı Ümrəyə icazə verən “şəxsi ziyarət vizası” verəcək..


Bildirilib ki, viza ziyarətçilərə Səudiyyə Ərəbistanındakı tanışlarını ziyarət etmək, ölkənin müxtəlif şəhər və rayonlarına, o cümlədən Məkkə və Mədinəyə köçmək, ümrə ziyarəti, dini və tarixi yerləri ziyarət, mədəni-kütləvi tədbirlərdə iştirak etmək üçün ölkəyə daxil olmaq imkanı verəcək.

İqtisadiyyat.az xəbər verir ki, mövzu ilə bağlı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.


Açıqlamada qeyd olunub ki, viza prosedurları ilə bağlı internet saytı vasitəsilə müraciət asanlıqla edilə bilər.
Nazirliyin rəsmi “Twitter” səhifəsində də viza müraciəti prosedurları ilə bağlı məlumat xarakterli yazılar paylaşılıb və
müvafiq olaraq, viza Səudiyyə Ərəbistanında yaşayan vətəndaşlar tərəfindən xaricdəki qohum və ya dostlarını ziyarətə dəvət etməklə əldə edilə bilər.