Sevilya”nın futbolçusu Serxio Ramos La Liqanın tarixinə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, 37 yaşlı müdafiəçi V turda “Las Palmas”la (1:0) görüşdə meydana çıxaraq buna nail olub.

Ramosun “Sevilya”nın heyətində birinci dönəmindəki son oyunu ilə komandaya qayıtdıqdan sonra meydana çıxdığı ilk görüş arasında 18 il 20 gün fərq var. Bu isə La Liqa tarixində bir futbolçunun eyni klubda ardıcıl iki oyunu arasındakı ən uzun fərqdir.

Ulduz futbolçu 17 il 216 gündən sonra “Vilyarreal”a qayıdan Pepe Reynanın rekordunu yeniləyib.